Dünya OD TUTUB YANIR: tarixin ən isti günü QEYDƏ ALINDI

 23-07-2024

İyulun 21-i dünyanın ən isti günü olub.

"Ölkə.az" xəbər verir ki, bu barədə Avropa Kopernik İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, iyulun 21-də səth havasının orta temperaturu rekord göstəricini cəmi 0,1°C üstələyərək 17,09°C-yə çatıb.

Bundan əvvəl Avropa Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) mütəxəssisləri 2024-cü ilin aprelinin Yer kürəsində ardıcıl 11-ci rekord istilik ayı olduğunu bildirmişdilər.

C3S-in məlumatına görə, keçən ay qlobal temperaturlar tarixi orta göstəricilərdən 1,58°C yuxarı olub.

Bundan əlavə, son 12 ay ərzində Yer kürəsində temperatur sənayedən əvvəlki səviyyədən 1,61°C yuxarı qalxaraq təhlükəsiz istiləşmə həddini 1,5°C keçib.

C3S hesablamaları aylıq və mövsümi proqnozlar hazırlamaq üçün dünya üzrə peyklərdən, təyyarələrdən, gəmilərdən və hava stansiyalarından alınan ölçmələrə əsaslanır.

Bənzər yazılar

0.063154935836792