Baydenin "devrilməsi"nin təfərrüatları

 23-07-2024

"ABŞ-də prezident seçkilərində 81 yaşlı Co Baydenin seçki marafonundan geri çəkilməyə vadar edilməsi, onun çevrəsinin, donorların,  hakimiyyət uğrunda çirkin mübarizənin nəticəsidir. Baydenin "devrilməsi" görünməmiş siyasi qerontosid”dir ( Qerontosid -müyyən yaşa çatan qocaların öldürülməsidir-red.)". 

Ölkə.Az xəbər verir ki, bu barədə "Financial Times" yazır.

Məqalədə deyilir ki, Baydenin devrilməsi planı Trampın seçki marafonunda artan nüfuzundan sonra reallaşdırılıb. 

Nəşr qeyd edir ki, Baydenin Trampla ilk fəlakətli televiziya debatından sonra başlayıb. Məhz həmin debatdan sonra Trampın nüfuzu sürətlə artmağa başlayıb. Bu isə demokratların seçki kampaniyasını sarsıdan amil olub.

Bildirilir ki, uğursuz debatdan sonra Baydenin seçki kampaniyasını maliyyələşdirən donorlarla problemlər yaranıb. Çünki onlarda Baydenin qələbəsinə inam azalıb. Hətta Baydenin əsas donorunun müşaviri onun haqqında belə bir fikir işlədib: “Siz ölkəni teleprompterlə idarə edə bilməzsiniz”. Əsasən maliyyə donorlarının Baydenin seçki marafonunu maliyyələşdirməkdən imtina etməsi, onun geri addım atmasına səbəb olub. 

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.062911033630371