Moskva ilə Tehran yeni saziş imzalayır

 23-07-2024

Moskva və Tehran hərtərəfli strateji tərəfdaşlığa dair sazişin hazırlanmasını başa çatdırıblar. Saziş yaxın vaxtlarda imzalanacaq.

Ölkə.Az xəbər verir ki, bunu RF xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində bildirib. 

O, müqavilənin imzalanmasını tarixi hadisə adlandırıb.

Sənədin mətni iyunun 21-də Moskvada iki ölkənin Xarici İşlər Nazirliyinin hüquq və ərazi bölmələrinin ekspertlərinin məsləhətləşmələri zamanı yekunlaşdırılıb.

“Onların nəticələrinə əsasən, ən yüksək səviyyədə ən yaxın ikitərəfli təmaslardan biri çərçivəsində sazişin imzalanmağa hazırlanması üçün zəruri olan dövlətdaxili prosedurların başlanması razılaşdırılıb. Ümid edirik ki, yaxın gələcəkdə biz bu tarixi hadisənin şahidi olacağıq”, - deyə nazir müavini bildirib.

Rusiya ilə İran arasında münasibətlər Münasibətlərin Əsasları və Əməkdaşlıq Prinsipləri haqqında Müqaviləyə əsaslanır. 2001-ci ildə bağlanmış sənəd hər beş ildən bir yenilənir. Son illər Moskva və Tehran bu qənaətə gəliblər ki, bu sənəd yeni geosiyasi reallıqlara və daha yüksək əməkdaşlıq səviyyəsinə cavab vermir. Yeni saziş üzərində aktiv iş 2022-ci ilin yanvarında mərhum prezident Rəisinin Moskvaya səfərindən sonra başlayıb.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.062453031539917