ABŞ-ın keçmiş prezidenti Donald Trampın reytinqi sui-qəsd cəhdindən və respublikaçıların bu həftə keçirilən Milli Qurultayından sonra yüksəlib.
"Ölkə.az" xəbər verir ki, bu barədə ABC məlumat yayıb.
Araşdırmaya görə, Trampın reytinqi 40%-ə yüksəlib. Baydenin reytinqi isə 32% təşkil edir. Hazırki prezidentin reytinqi son bir ildə demək olar ki, heç dəyişməyib.