ABŞ-də məxfi nüvə məlumatları açıqlandı

 20-07-2024

ABŞ Milli Nüvə Təhlükəsizliyi Agentliyinin (NNSA) məlumatına görə, 2023-cü ilin sentyabr ayına olan rəqəmlərə əsasən ölkədə 3748 nüvə başlığı var.

Oxu.Az kommersant.ru-ya istinadən xəbər verir ki, NNSA-nın məlumatına görə, 1994-cü ildən 2023-cü maliyyə ilinədək ABŞ 12 088 nüvə başlığını sıradan çıxarıb. Daha 2000-ə yaxın nüvə başlığı istismardan çıxarılıb və sökülməsini gözləyir.

Bildirilir ki, 1991-ci il sentyabrın 30-dan bəri ABŞ-nin qeyri-strateji (taktiki) nüvə silahlarının sayı 90%-dən çox azaldılıb, lakin departament dəqiq rəqəm təqdim etməyib.

Qeyd edək ki, Stokholm Sülh Araşdırmaları İnstitutu (SIPRI) ötənilki rəqəmlərinə əsasən Rusiyada 4500 nüvə başlığı var.

Bənzər yazılar

0.062725067138672