Rusiyada general vəzifəsindən uzaqlaşdırıldı

 19-07-2024

Rusiyada general Vadim Şamarin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsindən kənarlaşdırılıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə onun vəkili İqor Dyukin məlumat verib.

"Vadim Şamarin hələ may ayında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini vəzifəsindən uzaqlaşdırılıb, lakin işdən çıxarılmayıb, o, heyətdən uzaqlaşdırılıb", - deyə o izah edib.

Xatırladaq ki, Şamarin mayın 22-də saxlanılıb. İstintaqın məlumatına görə, o, şirkətlərdən birinin rəhbərliyindən 36 milyon rubl (təxminən 691 min manat) məbləğində rüşvət alıb. Öz növbəsində, general şirkətə himayədarlıq edəcəyini və Rusiya Müdafiə Nazirliyinin ehtiyacları üçün dövlət müqavilələri əsasında tədarük olunan məhsulların həcmini artıracağını vəd edib.

Moskvanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi Baş Qərargah rəisinin müavinini istintaq təcridxanasından azad etməkdən imtina edib. Şamarin ev dustaqlığına buraxılmasını istəyib, lakin müstəntiq və hərbi prokuror həbs qətimkan tədbirinin yüngülləşdirilməsinə etiraz ediblər.

Bənzər yazılar

0.069511890411377