Sergey Lavrov: İran prezidentinin bəyanatları Körfəz ölkələri arasında yaxınlaşmaya ümid verir

 17-07-2024

İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın ilk bəyanatları ziddiyyətləri və etimadsızlığı aradan qaldırmaq üçün bütün Körfəz ölkələrinin yaxınlaşmasına ümid verir.

Bu barədə BMT Təhlükəsizlik Şurasının sədri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi ilə bağlı iclasda çıxışı zamanı bildirib.

“İranda keçirilən növbədənkənar seçkilərdən və yeni prezident Pezeşkianın ilk bəyanatlarından sonra Körfəzin bütün sahilyanı ölkələrinin çoxdankı ziddiyyətlərin, inamsızlıqların aradan qaldırılması naminə yaxınlaşmasına ümid var”, - o deyib.

Lavrovun sözlərinə görə, BMT qərarlarına tam uyğun olaraq Fələstin məsələsində irəliləyiş ümumi Avrasiya memarlığının formalaşması prosesinə mühüm töhfə olardı.

 

Bənzər yazılar

0.063494920730591