3 kilo qızıl, 4 milyon... - Tayfa toyuna Azərbaycandan da gedənlər olub

 17-07-2024

Vanda Küresunnilər tayfasından olan iş adamı Murat İrezin oğlu Bayram İrez ilə MHP-nin əyalət başqanı Salih Güngöralpın qızı Aslı Güngöralp evlənib. Toyda gəlinə 3 kilo, bəyə 4 milyon lirəlik qızıl verilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 

Toydan sonra çıxış edən məclisin ağsaqqalı Həsən Tonqa deyib: “Toyumuza təxminən 4 min insan qatıldı. İrez və Güngöralp ailələrinə çox təşəkkür edirəm. Çox gözəl toy hazırlayıblar.


Toyumuzda İrandan, Rusiyadan, Azərbaycandan və İraqdan, həmçinin Antalyadan, Ankaradan, İstanbuldan, İzmirdən iştirak edənlər var. Belə gözəl toyda hamını bir yerdə görmək bizim üçün xoşdur. Unutduğumuz və ya dəvətimizin çatmadığı  insanlar ola bilər. Hər kəsdən üzr istəyirik. Toyumuzda iştirak edən hər kəsə təşəkkür edir, bəylə gəlinə ömür boyu xoşbəxtlik arzulayıram”.

Bəyin atası Murat İrez 4 uşaqdan ilk övladının toyuna şahid olmaqdan xoşbəxt olduğunu vurğulayıb: “4 övladım var, ilk övladımın toyunu edirəm. Mən çox xoşbəxtəm. Toyumuzda yerli və xaricdən 4 minə yaxın insan iştirak etdi. İrez ailəsi adından onların hamısına dərin təşəkkürümü bildirirəm. Toyumuzda iştirak etməklə bizi şərəfləndirdilər”.

Toy mərasimi türk və kürt mahnılarının müşayiəti ilə halay rəqsi ilə başa çatıb.

Bənzər yazılar

0.062211990356445