Qonşu ölkədə koronavirusla bağlı SON DURUM: Yoluxma sayı artdı

 17-07-2024

Rusiyada koronavirusla bağlı son vəziyyət açıqlanıb.

Mediciana.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı artıb, xəstəxanaya yerləşdirilənlərin sayı isə azalıb.

İnfeksiya ilə mübarizə üzrə əməliyyat qərargahının yaydığı məlumata görə, Rusiyada son bir həftədə koronavirusa yoluxma halları 3,1% artıb, xəstəxanaya yerləşdirilənlərin sayı isə 12,2% azalıb.
Respublikanın 21 regionunda xəstəxanaya yerləşdirilənlərin sayında artım, 67-də isə azalma qeydə alınıb. 34 regionda yoluxma sayında artım var.

Qərargahın məlumatına görə, bir həftə ərzində koronavirusa yoluxmuş 6066 nəfər sağalıb ki, bu da əvvəlki həftədən 10,7% azdır.

Son bir həftədə koronavirus səbəbilə 27 nəfər ölüb.

Bənzər yazılar

0.063529014587402