Keçmiş direktor nazirlikdən nə tələb edir?

 16-07-2024

Bakıda fəaliyyət göstərən 252 nömrəli məktəb-liseyin keçmiş direktoru Xədicə Eminova Elm və Təhsil Nazirliyini məhkəməyə verib.

Qaynarinfoşaz-nın məlumatına görə Xədicə Eminovanın iddiası işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsini tələb edir.

Onun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq.

İş hakim Ramin Quliyevin icraatındadır.

Xatırladaq ki, Sabunçu rayonunda yerləşən Tahir Hacıyev adına 252 saylı məktəb-lisey və onun direktoru Xədicə Eminova haqqında çoxlu tənqidi yazılar daim qəzet və saytlarda dərc olunub. Həmin yazılarda direktorun məktəbi özünün şəxsi biznesinə çevirməsi, ali məktəblərə hazırlaşan şagirdləri dərs saatlarından ayırararaq, onlardan və onları hazırlaşdıran repetitorlardan aylıq haqq alması xüsusi qeyd olunurdu.

Xədicə xanım 252 saylı məktəb-liseydən öncə 170 saylı məktəbdə direktor işləyərkən, həmin məktəbi də bərbad hala saldığı və məktəbə öz yaxın ətrafını yığan Xədicə xanım rüşvəti öz geyimi ilə fərqlənən katibəsinin əli ilə aldığı da bildirilirdi.

Bənzər yazılar

0.11775517463684