Orban Trampla Ukrayna müharibəsini müzakirə etdi

 12-07-2024

Macarıstanın baş naziri Viktor Orban Floridada ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüşərək  Ukraynada sülhə nail olmağın yollarını müzakirə ediblər. 

Ölkə.az xəbər verir ki, görüş NATO-nun Vaşinqtonda keçirilən sammitindən bir gün sonra baş tutub.

“Prezident Donald Trampı Mar-a-Laqoda ziyarət etmək şərəf idi. Biz sülhü bərqərar etməyin yollarını müzakirə etdik. Günün xoş xəbəri: o bu problemi həll edəcək”, – Orban X (tviter) şəbəkəsindəki hesabında yazıb. 

Donald Tramp da öz növbəsində Viktor Orbanla görüşü barədə  özünün "Truth Social" sosial şəbəkəsində yazıb: “Təşəkkür edirəm, Viktor. Sülh tezliklə gəlməlidir”.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.064543008804321