NATO-nun 20-dən çox ölkəsi Ukrayna ilə təhlükəsizlik sazişi imzalayıb

 12-07-2024

NATO-nun 20-dən çox ölkəsi Ukrayna ilə təhlükəsizlik sazişi imzalayıb.

"Ölkə.az" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Ukrayna-NATO Şurasının iclasından əvvəl keçirdiyi mətbuat konfransında deyib.

Bundan əvvəl NATO-ya üzv ölkələrin liderləri Vaşinqtonda keçirilən sammitdə 2025-ci ildə Ukraynaya 40 milyard avroluq hərbi yardım göstərmək barədə razılığa gəliblər.

Sənəddə vurğulanıb ki, NATO ölkələri Ukraynaya təsdiq edilmiş hərbi yardımın göstərilməsi prosesi haqqında ildə iki dəfə hesabat verəcəklər.

Qeyd edək ki, NATO-ya 32 üzv ölkə daxildir.

Bənzər yazılar

0.062921047210693