Qədim Qondvanaland qitəsinə məxsus ağaclardan supermeşə yaradılacaq

 12-07-2024

Avstraliyalı elm adamları və təbiəti mühafizəçilər yerli cəngəlliyin səpələnmiş hissələrini qorumaq üçün materikdə yağış meşəsi yaratmağı hədəfləyirlər. Layihənin məqsədlərindən biri də əcdadları on milyonlarla il əvvəl superqitə Qondvanada yaranmış qədim ağacların nəsli kəsilməsinin qarşısını almaqdır. 

"Ölkə.az" xəbər verir ki, bu barədə Avstraliyanın "Big Scrub Rainforest Conservancy" (BSRC) ətraf mühit təşkilatının saytında məlumat verilib.

Mütəxəssislərin fikrincə, bir neçə əsr ərzində Avstraliyanın şərqindəki yağış meşələrinin sahəsi yanğınlar və quraqlıqlar səbəbindən 75 min hektardan 750 hektara qədər azalıb.

Alimləri xüsusilə narahat edən 50 milyon il əvvəl yaranmış Karrabina benthamiana və Sloanea woollsii növünün ağaclarıdır. O zaman Avstraliya hələ də Antarktida ilə bağlı idi və Qondvana tamamilə müasir qitələrə parçalanmamışdı.

Qədim ağaclar 50 metr hündürlüyə çata bilir və Avstraliyanın tropik meşələrinin əsasını təşkil edir.

Mütəxəssislər Karrabina benthamiana və Sloanea woollsii də daxil olmaqla 60 bitki növünü seçiblər. Tədqiqatçılar hər növ üçün yarpaq nümunələrindən DNT toplayıb, daha isti, daha quru iqlimlərdə inkişaf edə bilən tropik flora növlərinin ümumi genetikasını öyrəniblər.

Gələcək supermeşənin tingləri canlı toxum bankı adlanan 15 hektarlıq tədqiqat plantasiyasında yetişdiriləcək. Beş ildən sonra onlar təbiətə köçürüləcək.(Qaynarinfo)

Bənzər yazılar

0.064355134963989