Putinə sülh danışıqları yox, kapitulyasiyası lazımdır - ISW

 05-07-2024

Beynəlxalq Müharibə Tədqiqat İnstitutunun (ISW) analitiklərinin fikrincə, Putin öz qiymətləndirməsində Rusiyanın qələbə qazana biləcəyinə əmindir.

Ölkə.Az xəbər verir ki, bu barədə ISW-nin son hesabatında deyilir.

Qeyd olunub ki, Putin Rusiyanın atəşkəs razılaşması üzrə hər hansı real danışıqlarda iştirakından imtina edib əvəzində Ukraynanın faktiki təslim olmasını istəyir.

Analitiklər əmindirlər ki, Rusiya atəşkəsdən sonra yaranmış möhlətdən öz qüvvələrini yenidən qurmaq və genişləndirmək və Ukraynanı məhv etməyə yönəlmiş gələcək təcavüz üçün müdafiə sənayesi bazasını daha da səfərbər etmək üçün istifadə edəcək.

“Putinin Kiyevin kapitulyasiyasını ehtiva etməyən hər hansı atəşkəs razılaşmasını rədd etməsi onu göstərir ki, Qərbin Ukraynaya dəstəyini alt-üst etməklə və bu ölkəyə qarşı müharibədə qalib gəlməklə qələbəyə nail ola biləcəyinə əmindir” - ISW  hesabatında qeyd olunub. 

Mürtəza 
Ölkə.Az

Bənzər yazılar

0.061784982681274