Mingəçevirdə Mərkəzi Xəstəxananın direktoru işdən çıxarıldı

 01-07-2024

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Faiq Abdullayev tutduğu vəzifəsindən azad edilib. 

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Faiq Abdullayev bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi.

TƏBİB-dən verilən məlumata görə, Mingəçevir Şəhər Xəstəxanasının direktoru əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunub.

 

Bənzər yazılar

0.095685958862305