Almaniyadan olan bir ailə Namibiyaya tətilə gedib. Lakin təyyarə qəzasından sonra ailənin bütün üzvləri faciəvi şəkildə ölüb.
59 yaşlı Tomas Rinqs, həyat yoldaşı 57 yaşlı Evelin və iki uşağı, 19 yaşlı Alisiya və 17 yaşlı Paulina ilə birlikdə İmpalila adasından paytaxt Vindhuka çatmaq üçün təyyarə kirayələyiblər.
Lakin havaya qalxdıqdan bir müddət sonra təyyarə Zambezi çayına düşüb. Hadisə şahidlərinin sözlərinə görə, turistlər batan qalıqların altından çıxa bilməyiblər. Səyyahlarla birlikdə təyyarənin pilotu Nikol Meyn də həlak olub.
Hadisə yerinə gələn təcili yardım xidmətləri ölənlərin cəsədlərini sahilə çıxarmağa müvəffəq olub.
Qəzanın səbəbləri araşdırılır.
Mənbə: lenta.ru