“Azərenerji”nin 41 milyonluq tenderini bu şirkət uddu

 25-06-2024

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərenerji” ASC tərəfindən Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) enerjisistemə qoşulması üçün 330/33/33 kV-luq yarımstansiyanın tikintisi işlərinin satınalınması məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi “Electro İndustries” QSC (VÖEN – 1401861671) olub.

“Azərenerji” tenderin qalibi olan “Electro İndustries” QSC -yə 40 milyon 907 min 134 manat 79 qəpik ödəycək.

Məlumat üçün bildirək ki, “Electro İndustries” QSC 21 oktyabr 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalə 2 min manat olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospekti, ev 187B-də yerləşir. “Electro İndustries” QSC-nin sahibi Əliyev Ziyad Taqif oğlu, qanuni təmsilçisi isə Qurbanov Emin Telman oğludur.

Elnur Əli

 

Bənzər yazılar

0.10447192192078