55 min müəllimin əməkhaqlarına əlavələr veriləcək

 25-06-2024

"Bu günədək ümumilikdə sertifikasiya imtahanlarında uğur qazanan 55 min nəfər müəllimin əməkhaqqına əlavələr proqnozlaşdırılır".

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, cari il təkrar sertifikasiya imtahanlarında uğur qazanan müəllimlərim avqust ayında müsahibə mərhələsi təşkil edəcək.

MÜTDA rəsmisi həmçinin qeyd edib ki, builki imtahanlarda hər hansı texniki səhvlər qeydə alınmayıb.

"Sertifikasiyanın ümumi nəticələrinə görə bir sıra regionlar üzrə zəif nəticələr qeydə alınıb".

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bildirib ki, Lənkəran-Astara, Qarabağ və Mərkəzi Aran regional təhsil idarələrində müəllimlər zəif nəticə göstəriblər.

Bundan başqa, 2023-2024-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib.

Bildirilib ki, 12 nəfər direktor vəzifəsinə təyin olunub, 2 direktorun iş yeri dəyişdirilib.

Çalışmanın yaş həddinə çatmış 25 direktorla müddətli əmək müqaviləsi bağlanıb.

 

Bənzər yazılar

0.29770994186401