Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru işdən azad olunub.
Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, ümumi təhsil müəssisələrinə “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilib:
"Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunub. Həmin hallarla bağlı araşdırma aparılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib".