Qəbələyə qaçırılan 15 yaşlı qız ailəsinə qaytarıldı

 21-06-2024

Hacıqabul rayonunda evlənmək məqsədilə qaçırılan 15 yaşlı qız ailəsinə qaytarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan "Qafqazinfo”nun  sorğusuna cavab olaraq bildirib ki, Hacıqabul RPŞ-nin keçirdiyi tədbirlərlə Meyniman kənd sakini, 2009-cu il təvəllüdlü qızın evlənmək məqsədilə digər rayona getdiyi məlum olub.

Bildirilib ki, polis əməkdaşları tərəfindən onun yeri müəyyən olunub və tapılaraq ailəsinə təhvil verilib. Hazırda Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Qeyd edək ki, dünən 15 yaşlı qızın Qəbələyə qaçırılması barədə məlumatlar yayılmışdı. Qanunvericiliyə əsasən, bir şəxsin iradəsinə zidd olaraq bir yerdən-başqa yerə aparılması, eləcə də yetkinlik yaşına çatmayan şəxsin nikaha daxil olması cinayət əməli sayılır.

Bənzər yazılar

0.059440135955811