Azərbaycanlı idmançı atasının illərlə arzuladığını gerçəkləşdirdi - VİDEO

 19-06-2024

Tanınmış idmançı və aktyor Şükran Soltanov atdığı addımla gündəmə gəlib.

Milli.Az xəbər verir ki, atası balaca "Prank" pbuilder daha sonra onun illərlə arzuladığını reallaşdırıb.

Belə ki Şükran 65 yaşı olan valideyninə həmişə arzuladığı "Mercedes" markalı avtomobil hədiyyə edib.

Bu anları sosial şəbəkə hesabından paylaşan idmançı düşüncələrini belə ifadə edib:

"Atamın 65 yaşı tamam oldu. Ata, səni ürəkdən təbrik edirəm. Sən hər şeyin ən gözəlinə layiqsən. Sənə nə etsəm də, azdır. Yadıma gəlir, hər zaman, bu sənin arzun olub. Ala bilmədiyin maşın idi. Allah sənə çox uzun ömür bəxş etsin. Nə qədər ki, canımda can var, hər bir arzunu həyata keçirim. Sənin də, anamın da. Dostlar yenə deyirəm, söhbət avtomobilin hansı qiymətə olmasından getmir, məsələ illər öncə arzu edib, ala bilmədiyi maşından gedir".

Bənzər yazılar

0.10723090171814