Paris İrəvana "Caesar" silahlarını verəcək - müqavilə imzalandı

 18-06-2024

İrəvan və Paris Fransanın "Caesar" özüyeriyən silahlarının tədarükünə dair müqavilə imzalayıblar.

Ölkə.Az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu öz X sosial şəbəkəsində yazıb.

“Biz Ermənistanla müdafiə sahəsində əlaqələrimizi gücləndirməkdə davam etdiririk. Ermənistandan olan həmkarım Suren Papikyanla çox məhsuldar görüşüm oldu. Bu görüşdə yeni vacib məqam isə "Caesar" artileriyasının alınması ilə bağlı müqavilənin imzalanması oldu”, - fransalı nazir yazıb.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.10064506530762