Daşaltıda bir tondan artıq çətənə bitkisi məhv edilib

 26-06-2024

Şuşanın Daşaltı kəndində bir tondan artıq çətənə bitkisi məhv edilib.

Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib

Məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib. Tədbir zamanı Daşaltı kəndinin ərazisində yabanı halda bitən 1 tondan artıq 2200 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

Bənzər yazılar

0.10866904258728