Rüşvət üstündə həbs edilən və iki ay əvvəl azadlığa çıxan generalın bacısı oğluna VƏZİFƏ VERİLDİ

 13-06-2024

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasına yeni direktor təyin olunan şəxs həbsdən yeni çıxıbmış.

Bu barədə "Qaynarinfo" məlumat yayıb.

Qeyd edilib ki, səhiyyə naziri Teymur Musayevin əmri ilə direktor təyin olunan İmran Ağayev aprel ayında azadlığa buraxılıb.

Belə ki, fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadənin bacısı oğlu İmran Ağayev FHN-in Modul tipli Hospitalının sabiq baş həkimi işləyib. O, koronavirus xəstələrinin FHN hospitalının "VIP korpus"larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib.

2021-ci il aprelin 22-də tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev səkkiz il üç ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını dörd ilə, Ali Məhkəmə isə üç ilə endirib. Beləliklə, bu il aprelin 22-də onun cəza müddətinin üçdəikisi tamam olub və İmran Ağayev azadlığa buraxılıb.

 

Bənzər yazılar

0.09808087348938