50 nömrəli avtobusun özbaşınalıq edən sürücüsü cəzalandırılacaq - RƏSMİ

 26-06-2024

"50 nömrəli sərnişin avtobusunun sürücüsü barədə inzibati tənbeh tətdbiri görüləcək".

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilib.

Qeyd olunub ki, 50 nömrəli marşrut xəttində fəaliyyət göstərən avtobusda nağdsız ödənişlərin qəbulunda texniki problem yarandığı üçün nəqliyyat vasitəsi fəaliyyət göstərə bilməyib.

"Sərnişinlərlə kobud rəftara yol verdiyi üçün daşıyıcı tərəfindən sürücü barədə inzibati tənbeh tətdbiri görüləcək".

Bənzər yazılar

0.057797908782959