Modi üçüncü dəfə Hindistanın Baş naziri olub

 10-06-2024

Hindistanın Xalq Partiyasının (“Bharatiya Canata Parti”) rəhbərlik etdiyi Milli Demokratik Alyansın (MDA) lideri Narendra Modi and içib və üçüncü dəfə Hindistanın Baş naziri olub.

“Ölkə.az” xəbər verir ki, andiçmə mərasimi Hindistan telekanalları tərəfindən canlı yayımlanıb.

Modinin andını Hindistan Prezidenti Draupadi Murmu qəbul edib. Modi ölkədə ardıcıl üçüncü dəfə hökumət başçısı postunu tutan ikinci siyasətçi olub. Ondan əvvəl buna müstəqil Hindistanın ilk baş naziri Cəvahirləl Nehru nail olub.

Bənzər yazılar

0.10008883476257