Ukrayna Milli Polisinin azərbaycanlı zabiti soydaşlarımıza müraciət edib

 05-03-2022

“Nikolayev vilayətinin cənub hissəsinə diversant qruplar girmişdi, onları da dərhal qovduq. Orada hərbi hissənin yanına raket düşdü, amma heç kim ölmədi”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Milli Polisinin Nikolayev şəhəri İdarəsinin azərbaycanlı zabiti Turan Fikrətli bildirib.

T.Fikrətli Nikolayevdə yaşayan azərbaycanlılara da müraciət edib:

“Kimin nə çətinliyi varsa, Nikolayev şəhər polisində mənə müraciət edə bilər. Təxliyə və sair üçün istənilən köməyə hazıram”, - deyən azərbaycanlı zabit onu da vurğulayıb ki, ötən gün Nikolayevdən 15 maşın azərbaycanlı təxliyə olunub. Həmin maşınların 6-sı T.Fikrətli tərəfindən yola salınıb.

O qeyd edib ki, ümumiyyətlə şəhərdə döyüşlər getməyib: “Son günlər Nikolayevə heç bir raket atəşi olmayıb, bir nəfər azərbaycanlı da burada həlak olmayıb”.

Bənzər yazılar

0.1450731754303