8 yaşlı Aytənin sağlamlığına qovuşması üçün yardımınıza ehtiyacı var.
Bu barədə Ölkə.Az-a Aytən Qurbanovanın anası Gədəbəy rayon sakini Yusifova Ülviyyə müraciət edib. O bildirib ki, 9 yaşlı Qurbanova Aytən Şirin qızı anadangəlmə bud-çanaq oynağının hər iki tərəfli çıxığı xəstəliyindən əziyyət çəkir:
“Həmçinin Belində Lordoz xəstəliyi var. Ayaqlarının birində qısalma var. 3 dəfə ağır əməliyyat keçirib. Hazırda axsıyaraq yeriyir, çox otura bilmir. Düzəlməsi üçün reabilitasiya olunur. Artıq 5 aydır ki, reabilitasiya gedir. Müalicəsi üçün köməyə ehtiyacımız var. Artıq dərəcədə xahiş edirəm ki, Allah xatirinə imkanlı şəxslər bizə dəstək olsunlar".
Ü.Yusifova maddi vəziyyətlərinin yaxşı olmadığını deyib:
“Həyat yoldaşım uşaq bağçasında mühafizəçi işləyir. Paralel olaraq fəhləliklə məşğul olur. 10 yaşlı oğlumun da ürəyində və gözlərində problem var. Oğlumun müalicəsi üçün kredit götürmüşdük deyə, yoldaşımın maaşının yarısı kreditə çıxır. Qalan pul da gündəlik dolanışığımıza və kommunal xərclərə güclə çatır.
Yardım etmək istəyənlər üçün bank hesabı- KapitalBank:4169 7388 6388 2225, UniBank 5243 7544 4069 4592
Qeyd edək ki, A.Qurbanovanın ailəsi daha əvvəl də yardım üçün saytımıza müraciət etmişdi. Lazım olan məbləğ toplandığından azyaşlı hər iki ayağından əməliyyat olunub.
Billurə Yunus