İbtidai sinif müəllimliyi ixtisasının proqram akkreditasiyası keçirilən universitetlər - SİYAHI

 22-05-2024

Bu ilin may ayından etibarən 14 ali təhsil müəssisəsində ibtidai sinif müəllimliyi ixtisasının proqram akkreditasiyasının həyata keçirilməsinə başlanılıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, artıq üç ali təhsil müəssisəsinə - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Naxçıvan Müəllimlər Universiteti və Gəncə Dövlət Universitetinə baxış məqsədi ilə səfərlər təşkil edilib.

Qeyd olunub ki, digər 11 ali təhsil müəssisəsində də bu proses mərhələli şəkildə baş tutacaq. Baxışı yekunlaşan ali təhsil müəssisələri üçün proses yekun hesabatın yazılması mərhələsindədir. Yekun hesabat Akkreditasiya şurasına çıxarıldıqdan sonra ictimaiyyətə proqram akkreditasiyası ilə bağlı qərar barədə məlumat veriləcək. Növbəti mərhələdə hansı proqramların əhatə olunacağı ilə bağlı məlumat proseslərə başlanılmazdan öncə ictimaiyyətlə bölüşüləcək.

Proqram akkreditasiyasının keçirildiyi ali təhsil müəssisələri aşağıdakılardır:

  1. - Azərbaycan Dövlət Pedaqoji Universiteti
  2. - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı
  3. - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı
  4. - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı
  5. - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı
  6. - Azərbaycan Dillər Universiteti
  7. - Bakı Qızlar Universiteti
  8. - Bakı Slavyan Universiteti
  9. - Lənkəran Dövlət Universiteti
  10. - Mingəçevir Dövlət Universiteti
  11. - Xəzər Universiteti

Bənzər yazılar

1.784863948822