Rusiyalı general həbsə göndərildi

 21-05-2024

Rusiya Silahlı Qüvvələrinin 58-ci Əlahiddə Ümumqoşun Ordusunun keçmiş komandanı, general-mayor İvan Popov irimiqyaslı dələduzluq işi üzrə həbs edilib.

Bu barədə Rusiyanın 235-ci qarnizon hərbi məhkəməsindən məlumat verilib.

“Məhkəmənin 17 may tarixli qərarı ilə İvan İvanoviç Popov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib”, - deyə bildirilib.

General xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur. O, hazırda istintaq təcridxanasındadır.

 

 

Bənzər yazılar

0.10392904281616