Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Bəhram Əliyev (cinayət işində adı keçən şəxslərin adı və soyadları şərti verilib – red.) 18 yaşlı Samirə ilə Feysbuk sosial şəbəkəsində tanış olub.
Bakının Yasamal rayonunda yaşayan Bəhram Əliyev sosial şəbəkədə olan zaman Samirənin profili ilə rastlaşıb.
Tanışlıq və narkotik istəyi
Bəhram Əliyev əvvəlcə Samirə ilə ünsiyyət yaradıb, bir müddət onunla sosial şəbəkədə söhbət edib. Sonradan onların münasibətləri istiləşməyə başlayıb. Bu zaman Bəhram Samirəyə sevgi hisslərini açıqlayıb, onu sevdiyini deyib.
Bu münasibət yarandan sonra Bəhram ilə Samirə görüşməyə başlayıblar. Elə ilk görüşlərində Samirə istifadə etmək üçün Bəhramdan narkotik istəyib.
Özündən asılı vəziyyətə salmaq
Belə olanda Bəhram Samirənin narkotik vasitələrdən asılı olduğunu bilib, ona qarşı istədiyi hərəkəti edə biləcəyini düşünüb.
Bu düşüncə ilə Bəhram Samirəyə narkotik vasitə tapa bilcəyini söyləyib və onu özündən asılı vəziyyətə salıb.
Narkotik əvəzinə siqaret
Bundan sonra Bəhram Samirəni Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 15 ünvanında olan çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinə gətirib. Orada qıza narkotik vasitə adı ilə bir ədəd siqaret verib.
Bundan sonra Bəhram qızı öpüşlərlə ehtiraslandırıb və sonra onu soyundurub. Orada Bəhram Samirə ilə qeyri-təbii yolla cinsi əlaqədə olub, sonra ona qarşı seksual xarakterli hərəkətlər etməyə məcbur edib. Bu hadisədən sonra Samirə təcavüzə məruz qalması barədə hüquq-mühafizə orqanlarına müraciət edib.
Şikayət və ittiham
İstintaq tərəfindən Bəhram Əliyevin barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.
2 il islah işləri cəzası⁸
Narazılıq və şikayət
Həmçinin hökmdən prokuror da narazı qalıb. Prokuror apelyasiya protesti verərək, Bəhram Əliyevin barəsində olan cəzanın ağırlaşdırılmasını istəyib.
Bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində Bəhram Əliyevin barəsində olan şikayətlə bağlı qərar açıqlanıb. Həmin qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti və prokurorun protesti təmin olunmayıb.
Bundan sonra Bəhram Əliyev Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmədə şikayətə baxan hakim Gülzar Rzayeva qərar elan edib. Qərara görə, Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.
İslah cəzası 1 ilə endirildi
Bakı Apelyasiya Məhkəməsində bu dəfə şikayət hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayəti və protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.
Qərara görə, Bəhram Əliyevin barəsində təyin edilmiş 2 il müddətinə islah işləri cəzası 1 ilə endirilib. Prokurorun protesti, zərərçəkmiş şəxsin şikayəti təmin olunmayıb.
Bu qərardan prokuror kasasiya protesti verib. Prokuror Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılmasını istəyib.
Prokurorun protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Kasasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorun protesti təmin olunmayıb./azmedia