Azərbaycanda məktəbdə ÖZBAŞINALIQ: Direktor məktəbi diskotekaya çevirib

 20-05-2024

Ağstafanın Yenigün kənd orta məktəbinin kollektivi təhsil ocağının direktorundan narazıdır.

Onlar dörd ildir məktəbə rəhbərlik edən Tamella Bayramovanın işdən azad olunmasını istəyirlər.

"Direktor məktəbi diskotekaya çevirib. O, oğlumun saçını sual işarəsi kimi qırxdı, mən də polisə şikayət etdim. Uşaqla çox kobud rəftar edir, 17 yaşlı oğlana əxlaqsız sözlər deyir. Üç ay mənim övladım məktəbə getmədi, intihara belə cəhd etdi", - deyə valideyn narazılığını bildirib.

Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru işdən azad edilib.

Bununla bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparılıb.

"Araşdırma nəticəsində məktəb direktoru tərəfindən kollektivə qarşı etik davranış qaydalarının pozulduğu və digər neqativ hallara yol verildiyi məlum olub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib".

Daha ətraflı Baku TV-nin süjetində:

 

Bənzər yazılar

0.5044949054718