Rəisinin helikopterinin xüsusiliyi ilə bağlı diqqət çəkən detal - Siqnal alındı

 20-05-2024

İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətini daşıyan Bell 212 helikopteri meteoroloji radarla təchiz edilib və son məlumatlara əsasən ümid edilir ki, pilot ondan istifadə edib.

Ölkə.Az xəbər verir ki, bu barədə Rusiya mənbələri yazır.

Bildirilir ki, bunun məntiqi ardıcıllığı olaraq helikopter prezidentin və onu müşayiət edən nümayəndə heyətinin təhlükəsizliyi üçün dağlar arasında təcili eniş edib.

"Lakin helikopterin yenidən havaya qalxmaması, eləcə də İran vaxtı ilə saat 1:30-dan indiyədək əlaqənin kəsilməsi də təhlükəli vəziyyət yaradır", - deyə məlumatda bildirilir.

Bundan əlavə, İranın Şərqi Azərbaycan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general Əsgər Abbas Qalizadə bildirib ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı dəqiq yer müəyyənləşib.

"Bir neçə dəqiqə əvvəl hadisə yerində olan ekipaj üzvünün helikopterindən və mobil telefonundan siqnal daxil olub", - “Tasnim” agentliyi onun sözlərini sitat gətirib.

Komandan əlavə edib ki, axtarış-xilasetmə əməliyyatında iştirak edən hər kəs sərt enişin ərazisinə doğru gedir və o, xalqa xoş xəbər çatdıracağına ümid edir.

Ölkə.Az
 

Bənzər yazılar

4.7009658813477