Şabran rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun məlumatına görə, hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb.
Bakı şəhəri, Binəqədi rayon sakini 1975-ci il təvəllüdlü Skokov İqor Sergeyeviç idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Şabran rayonu, Ağalıq kənd sakini 2011-ci il təvəllüdlü Ağayev Hacıbala Davud oğlunu vurub.
Xəsarət alan şəxs Xaçmaz mərkəzi rayon xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.