Elnur Məmmədov: “Azərbaycan BƏM-də Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir”

 23-04-2024

“Azərbaycanın bütün tikililəri işğal dövründə Ermənistan tərəfindən darmadağın edilib. Bunu sübut edən kifayət qədər fakt mövcuddur”.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan nümayəndə heyəti Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) “Azərbaycan Ermənistana qarşı” işi üzrə Ermənistanın ilkin etirazları əsasında keçirilən dinləmədə Azərbaycanın şifahi arqumentini təqdim edərkən deyib.

O bildirib ki, Azərbaycan özündən əmindir:

“Ermənistan qanunsuz şəkildə 30 il Azərbaycan ərazilərini işğal altında saxlayıb. Ermənistan bu gün iddialarından heç bir fayda götürə bilməz. İşğal dövründə Ermənistan Azərbaycanın ətraf mühitinə, ekologiyasına ciddi zərər vurub. Azərbaycan minaların yerləşdirilməsi və ətraf mühitin məhv edilməsinin ayrı-ayrı növ pozuntular olduğunu iddia etmir, əksinə Ermənistanın kampaniyasının ayrılmaz tərkib hissəsi olduğunu bildirir. Azərbaycan Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir. Ermənistan öz qeyri-qanuni hərəkətindən faydalana bilməz. Azərbaycan 2020-ci ildə ərazilərin işğaldan azad edilməsindən sonra şəhərlərinin xarabalığa çevrildiyini, mədəniyyət abidələrinin dağıdıldığını və ermənilərin ətraf-mühiti viran qoyduğunu görüb.

Etnik azərbaycanlıların öz evlərinə qayıtmasının qarşısını almaq məqsədilə Ermənistanın ərazilərə tələlər quraşdırması barədə son bir neçə həftə ərzində Azərbaycan yeni sübutlar tapıb və tapmaqda davam edir.

Cənab hakim, qovluğunuzun yeddinci və onuncu bölmələrində Azərbaycanın 2020-ci ilin sonunda ərazilərinin işğaldan azad edilməsindən sonra məhkəməyə təqdim etdiyi və üzə çıxarmağa davam etdiyi çoxsaylı sübutlara istinadlar tapa bilərsiniz.

Keçən həftə Ermənistanın agenti öz ölkəsinin şikayətini sübut təqdim etmədən onilliklər boyu etnik ermənilərə qarşı irqi ayrı-seçkiliyin kulminasiya nöqtəsi kimi xarakterizə etdi. Bununla belə, Ermənistan bu onilliklər ərzində heç vaxt Azərbaycana irqi ayrı-seçkiliklə bağlı şikayət göndərməyib. Əvəzində İkinci Qarabağ müharibəsindən cəmi bir gün sonra belə bir şikayət göndərdiyi barədə Azərbaycanı xəbərdar etdi. Maraqlı olan odur ki, Ermənistan İkinci Qarabağ müharibəsinə, yəni Azərbaycan ərazilərinə nəzarəti itirənə qədər niyə gözlədi?” - o qeyd edib.

Bənzər yazılar

0.18857097625732