Cənubi Koreya prezidenti məhkəmə qarşısına çıxarılıb

 18-01-2025

Cənubi Koreya prezidenti Yun Sok Yol həbs müddətinin uzadılması məsələsi ilə bağlı dinləmələr üçün Seulun Qərb rayon məhkəməsinə gətirilib.

Ölkə.Az
"Yonhap"a istinadən xəbər verir ki, prezident məhkəməyə Ədliyyə Nazirliyinin mikroavtobusu ilə gəlib. 

Prezidenti gətirən mikroavtobusu təhlükəsizlik qüvvələri müşayiət edib.  

Qeyd edək ki, prezident Yun Sok Yol qiyama rəhbərlik etməkdə ittiham olunaraq həbs edilib.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.062570810317993