Paşinyan qorxu içindədir: zəhərləndiriləcəyi gündəmdədir - DETALLAR

 18-01-2025

Bir zamanlar İrəvanda  və Ermənistanın digər şəhərlərində sərbəst dolaşan Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyan son vaxtlarda ictimai yerlərdə görünməkdən maksimum qaçırlar.

Ölkə.Az
"hraparak"a istinadən xəbər verir ki, Paşinyan və xanımının bu qorxusu son dövrlərdə yürütdüyü siyasətlə bağlıdır.

"Hakim Vətəndaş Müqaviləsi" partiyası Paşinyanın qorxularının getdikcə inanılmaz həddə çatdığını bildirir. O, nəinki cangüdənsiz, snaypersiz bir addım belə atmır, hətta o qədər ehtiyatlı davranıb ki, indi demək olar banket süfrələrindən belə istifadə etmir. Əvvəllər yeyib-içən Paşinyan ictimai yerlərdə yeməyə yaxınlaşmayan, mötədil insan kimi tanınmaz hala düşüb. Komanda bunu liderin zəhərlənə biləcəyi qorxusu ilə izah edir.

Partiyadaxili tədbirlərdə Paşinyanın köməkçisi menyunu diqqətlə dəqiqləşdirir, ziyafət günü isə mətbəxdə növbətçilik edir. Yeməyin necə hazırlandığını və ona necə verildiyini izləyir. 
Amma belə ehtiyatlı addımlardan sonra da Paşinyan qeyri-adi dərəcədə laqeydləşib və bir qayda olaraq, artıq işgüzar səfərlərdə, müxtəlif festivallarda, tədbirlərdə əvvəlki kimi qonaqpərvərlikdən zövq almır", - nəşr yazır.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.061566829681396