Son 14 ildə Azərbaycanda pensiyaçıların sayı 162 min nəfər azalıb

 22-04-2024

Son 14 il ərzində Azərbaycanda yaşa görə pensiya alanların sayı 19% azalıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 2010-cu ildə ölkədə 858 min 659 pensiyaçı olduğu halda, ötən il onların sayı 696 min 266 nəfərə kimi azalıb.

Məlumat üçün onu da qeyd edək ki, azalma daha çox qadın pensiyaçıların sayında qeydə alınıb.

Qadın pensiyaçıların sayı son 14 ildə 27,7% azalaraq 559 min 596 nəfərdən 404 min 505 nəfərə enib.

Bu dövrdə kişi pensiyaçıların sayı isə 2,4% azalaraq 299 min 63 nəfərdən 291 min 761 nəfərə düşüb.

Son 14 ildə illər üzrə yaşa görə pensiya alanların sayı aşağıdakı kimi olub:

2010-cu il – 858 min 659 nəfər
2011-ci il – 831 min 122 nəfər
2012-ci il – 812 min 771 nəfər
2013-cü il – 800 min 547 nəfər
2014-cü il – 791 min 263 nəfər
2015-ci il – 785 min 68 nəfər
2016-cı il – 781 min 238 nəfər
2017-ci il – 781 min 957 nəfər
2018-ci il – 778 min 57 nəfər
2019-cu il – 756 min 136 nəfər
2020-ci il – 742 min 34 nəfər
2021-ci il – 716 min 222 nəfər
2022-ci il – 707 min 1 nəfər
2023-cü il – 696 min 266 nəfər

Elnur Əli

Bənzər yazılar

0.13218188285828