Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) İmişli filialı üçün mebel, bədii tərtibat və digər avadanlıqların satınalınması üzrə tenderin qalibini açıqlayıb.
32gun.az xəbər verir ki, Qalib “QARDAŞLAR MEBEL” Qapalı Səhmdar Cəmiyyəti olub. Təklifin qiyməti 164.852,45 AZN təşkil edir.
Satınalma işlərinin 8 avqust 2025-ci il saat 17:31-də yekunlaşdığı bildirilib. Layihə çərçivəsində filialın tam təchiz olunaraq vətəndaşlara rahat xidmət göstərməsi məqsəd qoyulub.
Mənbə 32gun.az