Türkiyədə İŞİD-lə əlaqəsi olan 36 nəfər saxlanılıb

 21-04-2024

İŞİD-lə əlaqəsi olan 36 şübhəli saxlanılıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında yazıb.

“Ölkənin 4 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 36 nəfər saxlanılıb”, - paylaşımda deyilir.

DİN-in məlumatına görə, son bir il ərzində Türkiyədə terror təşkilatının 3 mindən çox tərəfdarı saxlanılıb.

Bənzər yazılar

0.22444295883179