Zaxarova: “ABŞ-ın qərarı qlobal böhranı daha da gərginləşdirəcək”

 21-04-2024

“ABŞ-ın Kiyevə hərbi yardım ayırması birbaşa terror fəaliyyətinə sponsorluq etməsidir”.

"Ölkə.az" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün “Telegram” kanalında bildirib.

“ABŞ-ın Ukrayna, İsrail və Tayvana hərbi yardım ayırması qlobal böhranı daha da gərginləşdirəcək. Kiyev rejiminə hərbi yardım birbaşa terror fəaliyyətinin sponsorluğudur, Tayvana - Çinin daxili işlərinə müdaxilə, İsrailə - birbaşa regionda misli görünməmiş gərginliyin eskalasiyasına aparan yoldur”, - deyə Zaxarova qeyd edib.

Bənzər yazılar

0.22246193885803