Əri ilə boşanan qadın qızını başqa kişiyə təhvil verdi: “Anam məni bir kişiyə verdi və...” - İDDİA

 17-04-2024

Azərbaycanın rayonlarından birində anası övladını başqa kişiyə verərək tərk edib. 

Bu barədə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Facebook hesabında paylaşıb edib. 

M.Zeynalova yazıb: 

“Sığınacağa yerləşdirilən Zəhranın (ad şərtidir) dedikləri... Ana və atası boşandıqdan sonra rayonda anası ilə həyatını davam etdirib. Bir müddət anası ilə yaşadıqdan sonra anası onu tanıdığı bir şəxsə (40-50 yaş) kişiyə təhvil verib və onunla nə edirsən et deyərək razılaşıb. Zəhra 1 ay onun yanında qaldıqdan sonra kişi ona bədənini sat pulu birgə bölərik deyib. Bu sözləri eşidən Zəhra qollarını gördüyünüz vəziyyətə salıb və Bakıya qaçıb.

Bakıda isə onun həyatını xilas edən Abşeron Rayon Polis İdarəsinin əməkdaşları olub. Onu dərhal sığınacağa gətiriblər. Azyaşlı qızımızın dedikləri yaşadıqları həqiqətən dözülməzdir. Tezliklə ona bunu yaşadanların cəzalanacağını ümid edirik. Hazırda qızımız yanımızdadır və psixoloji yardım alır”.

Qeyd olunub ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları qızın həyatını xilas ediblər. 

“Polislər onu dərhal sığınacağa gətiriblər. Azyaşlı qızımızın dedikləri, yaşadıqları həqiqətən dözülməzdir. Tezliklə ona bunu yaşadanların cəzalanacağını ümid edirik. Hazırda qızımız yanımızdadır və psixoloji yardım alır”, - deyə M.Zeynalova bildirib.

Bənzər yazılar

0.26502013206482