Küləkli hava nə vaxtadək davam edəcək?

 11-04-2024

Azərbaycanda küləkli hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.  Arabir güclənən şimal-qərb küləyi əsir. Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Altıağacda 22 m/s, Şamaxıda 16 m/s-dək güclənib. 

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 12-si səhərədək davam edəcək.

 

Bənzər yazılar

0.2150559425354