Mart ayı ərzində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrindən 34-də monitorinqlər keçirilib.
İdarədən verilən xəbərə görə, monitorinqlər əsasən təhsil müəssisələrində məktəb sənədləşməsi, infrastruktur və maddi-texniki təminat, dərs prosesinin düzgün qurulması məsələləri ilə bağlı aparılıb.
Təhsil müəssisələrində aparılmış monitorinqlər zamanı aşkar edilmiş ciddi pozuntu və nöqsanlara əsasən, qanunvericiliklə müəyyən olunmuş əmək funksiyası və vəzifəsini düzgün yerinə yetirmədiyi üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyininin müvafiq əmri ilə iki təhsil müəssisəsinin rəhbəri ilə bağlanılmış əmək müqaviləsinə xitam verilib və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müvafiq əmrləri ilə isə iki müəssisə rəhbərinə töhmət, beş müəssisə rəhbərinə şiddətli töhmət verilib, iki müəssisə rəhbərinə isə xəbərdarlıq edilib.
Qeyd edək ki, monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi və bütün təhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur.