Onlayn sifariş üçün daha təhlükəli olan saytlar - Kartımızı necə qoruyaq?

 04-04-2024

Bəzi böyük beynəlxalq elektron ticarət platformaları alış-veriş zamanı müştərindən CVV və 3D təsdiq kodu tələb etmir. Bu isə bəzi hallarda həmin kartların hakerlər tərəfindən ələ keçirilməsinə səbəb olur bu da müştərilərdə narazılıq yaradır. Müştəri isə problemi bankın təhlükəsizlik sistemində görür. 

Bəs bu problem necə həll olunmalıdır? 

Bu barədə Valyuta.az-a danışan iqtisadçı Rauf Qarayev deyib ki, müştəri onlayn alış-veriş edən zaman ilk öncə seçdiyi saytı təhlil etməlidiri ki, sonradan günahkar axtarmasın:

“Onlar saytların təhlükəsizlik qaydalarına necə əməl etdiklərini əvvəldən öyrənməlidirlər. Ondan sonra öz seçimlərini etməlidir”. 

İqtisadçının sözlərinə görə, əsasən CVV və 3D istəməyən saytlar, ABŞ saytlarıdır:

““Alibaba”, “Amazon” və bu tipli alış veriş saytlarının çoxunda CVV və 3D təsdiq istənilmir. Satış edən sayt tək kartın nömrəsini və ya kartın nömrəsi və bitmə tarixi kifayətdir ki, pul kart hesabından çıxılsın.

Bəzən CVV və 3D əlavə xidmət olduğundan, saytlar bu məsələdən qaçırlar. Bəzi saytlarda müştərinin məlumatı kifayət edir ki, əməliyyat baş versin” 

“Bu halda biz nə etməliyik” sualına cavab olaraq Rauf Qarayev bildirib ki, bunun üçün diqqətli olmaq və bir neçə addım atmaq lazımdır:

“İlk olaraq kart ödənişinə limit qoymaq lazımdır. Bundan əlavə alış-veriş kartımız, ayrı olmalıdır. Daha sonra alış edəcəyimiz saytı təhlil etməli,  kart tətbiq proqramlarımızda qoşulduğumuz xidmətlərə diqqət yetirməliyik. Bəzən saytda reklam veririk, kartı təsdiq edirik və sonra reklam vermədiyimiz zaman pulumuzun avtomatik hesabdan çıxıldığını görürük. Kartın tətbiq proqramında isə, razılığı ləğv etmədiyimizi görürük. Odur ki, daimi diqqətli olmalıyıq”.

 

 

Bənzər yazılar

0.05800199508667