Deputat Tahir Kərimli: "Məhkəmə-hüquq sahəsində müsbət işlər görülür"

 03-04-2024

"Son dövrlər Azərbaycanda məhkəmə-hüquq sahəsində aparılan islahatları çox müsbət qiymətləndirirəm".

Bunu e-huquq.az-a açıqlamasında deputat, Mili Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Ali Məhkəmənin sabiq sədri Tahir Kərimli deyib.

O, yeni təyin olunan hakimlər sırasında gənclərin sayının artmasını müsbət hal kimi dəyərləndirib: "Bizim gələcəyimiz gənclərdən asılıdır. Yeni təyin olunan hakimlər sırasında gənclərin olmasına çox yaxşı baxıram. Amma əlbəttə ki, önəmli olan onların bacarığı, hüquqi düşüncəsi, eyni zamanda təcrübəsidir. Yəni, bu, gənclərin təmsil olunması xətrinə olmamalıdır.

Deputat, həmçinin son dövrlər məhkəmələr tərəfindən çıxarılan bəraət hökmlərinin artmasına da münasibət bildirib: "Bu, müsbət haldır. Hakimlərin müstəqilliyinin ən yaxşı göstəricilərindən biri məhz bəraət hökmləridir. Lakin bu, kifayət deyil. Hələlik bəraət hökmlərinin sayı lazımi səviyyədə deyil. Hakimlər daha ürəkli olmalıdır".

 

Bənzər yazılar

0.057332992553711