“Atəşgah Həyat Sığorta”nın gəlirləri azalıb - 6 milyon dividend ödəyib

 03-04-2024

“Atəşgah Həyat Sığorta” ASC 2023-cü ilin yekunları üzrə maliyyə hesabatını açıqlayıb.

“Ölkə.Az”ın məlumatına görə, sözügedən dövrə sığorta şirkətinin cəmi aktivləri 102 mln 87 min manat olub ki, bu da hesabat ilinin əvvəli ilə müqayisədə 28,7% çoxdur.

“Atəşgah Həyat Sığorta”nın cəmi öhdəlikləri 44,5% artaraq ötən ilin sonunda 85 mln 341 min manat olub. 

Nizamnamə kapitalı 6 mln 500 min manat olan sığorta şirkətinin kapital ehtiyatları 206 min manat, bölüşdürülməmiş mənfəəti 10 mln 40 min manat, ödənilmiş dividendləri 5 mln 905 min manat olub. Nəticədə, şirkətin cəmi kapitalı 16 mln 745 min manat olub ki, bu da illik müqayisədə 17,5% azdır.

Ötən ilin yekununda “Atəşgah Həyat Sığorta” ASC-nin cəmi gəlirləri 48 mln 224 min manat, cəmi xərcləri 38 mln 864 min manat təşkil edib. 1 mln 872 min manat vergi ödəyən şirkət ötən ili 7 mln 488 min manat xalis mənfəətlə başa vurub.

Bu isə 2022-ci ilin yekunu ilə müqayisədə 11,6% azdır. 

Xatırladaq ki, “Atəşgah Həyat Sığorta” 1998-ci ildə yaradılıb və səhmləri 100% “Ran-Exim” MMC-yə məxsusdur. 

Könül
Ölkə.Az

 

Bənzər yazılar

0.059268951416016