Putin həmin gecə səhərəcən yatmadı

 28-03-2024

Vladimir Putin "Crocus City Hall"da baş verən terror aktından sonra gecəni yuxusuz keçirib.

Ölkə.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, müvafiq dövlət qurumlarının rəhbərləri həmin gün vaxtından asılı olmayaraq prezidentə hesabat veriblər.

"Bütün bunlar səhərə qədər baş verdi", -  Peskov deyib.

Bildirib ki, bütün zərərçəkənlər xəstəxanalara yerləşdiriləndə və ilk əməliyyatlar aparılarkən baş nazirin müavini Tatyana Qolikova səhər bu barədə Putinə məlumat verib.

"Belə məqamlarda heç kimin, xüsusən də dövlət başçısının yatmağa vaxtı olmur", - Peskov qeyd edib.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.22566699981689