Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfərini təxirə salıb

 26-04-2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika lideri Co Baydenlə görüşməli olduğu ABŞ-yə səfərini təxirə salıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” Türkiyə rəsmisinə istinadən məlumat yayıb.

“Türkiyə rəsmisi bildirib ki, Ərdoğan və Ağ Ev arasında mayın 9-na planlaşdırılan görüş təxirə salınıb”, - nəşr yazıb.

Qeyd edək ki, mart ayında Türkiyənin “Hürriyet” qəzeti mənbələrə istinadən Ərdoğanın Baydenlə görüşmək niyyəti barədə məlumat yayıb.

 

Bənzər yazılar

0.20191502571106