Mərkəzi Bank inflyasiya proqnozunu açıqladı

 28-03-2024

Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik baş verməyib.

"Ölkə.Az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında qeyd olunub.

Bildirilir ki, xarici mənşəli başlıca inflyasiya riskləri kimi geosiyasi gərginliklərin davam etməsi, mühüm beynəlxalq ticarət yollarında yaranan maneələr, eləcə də iqlim dəyişiklikləri dünya bazarında əmtəə qiymətlərini və tərəfdaş ölkələrdə inflyasiyanın dəyişkənliyini yüksəldə bilər. İnflyasiyanı artıra biləcək başlıca daxili risk xərc amillərinin aktivləşməsi ola bilər. O cümlədən fiskal əməliyyatların pul təklifinə cari ildə də artırıcı təsiri istisna edilmir.

Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. 2024-cü ilə inflyasiya proqnozu (yanvar proqnozu: 5,3%) dəyişməz saxlanılıb. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı gözlənilir. Təhlillər göstərir ki, ilin qalan dövründə illik inflyasiya proqnozunun azaldılma istiqamətində dəyişdirilməsi ehtimalı vardır.

Bənzər yazılar

0.057801961898804